Bağırov monoqrafiyasını onun başına çırpdı, təhqirə dözməyərək damarlarını doğradı...
Cəmiyyət
Oxunub: 3059
21 Aug 2021 | 14:46
Bağırov monoqrafiyasını onun başına çırpdı, təhqirə dözməyərək damarlarını doğradı...
Moderator.az Kulis.az-a istinadla ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyevin görkəmli alim Heydər Hüseynov haqqında araşdırmasını təqdim edir.
 
1950-ci il avqustun 15-də görkəmli Azərbaycan alimi, Azərbaycan EA-nın ilk 15 qurucu üzvündən biri, akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) həyatına intiharla son qoymuşdu. Heydər Hüseynov qədim Azərbaycan şəhəri İrəvanda doğulmuşdu. 1931-ci ildə Bakı Universitetini bitirmiş, bütün sonrakı həyatını elmə həsr etmişdi. Azərbaycanda sovet dövrü tarix və fəlsəfə elmlərinin, lüğətçiliyin inkişafında mühüm xidmətlər göstərmişdi. O, 1936-1940-cı illərdə keçmiş SSRİ EA Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik etmiş, 1939-1945-ci illərdə isə Filialın sədr müavini olmuşdu. Azərbaycanda müstəqil Elmlər Akademiyasının təşkilindən (1945) sonra ilk 15 həqiqi üzv-akademik sırasında yer alan Heydər Hüseynov həmin dövrdən ömrünün sonuna kimi həm EA-nın vitse-prezidenti, həm də Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru və Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri kimi geniş elmi-pedaqoji və ictimai fəaliyyət göstərmişdi.
 
Görkəmli alimin rəhbərliyi və redaktəsi altında 2 cildlik “Müxtəsər Azərbaycan tarixi” (1943-1944), 4 cildlik “Rusca-azərbaycanca lüğət”, general Ə.Şıxlinskinin “Xatirələri” kimi fundamental nəşrlər hazırlanmışdı. Azərbaycan dilində fəlsəfi terminlərin yaradılmasında və marksist filosof kadrların yetişdirilməsində də Heydər Hüseynovun mühüm xidmətləri olmuşdu. O, milli ictimai-siyasi və ədəbi-fəlsəfi fikrin Bəhmənyar, Nizami, Füzuli, A.Bakıxanov, Mirzə Kazımbəy, M.F.Axundov, H.Zərdabi kimi görkəmli nümayəndələri haqqında tədqiqatların da müəllifidir.
 
Həyatının əsas əsəri-müridizm və Şeyx Şamil hərəkatından da bəhs edən “XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası çapdan çıxanda H.Hüseynovun 41 yaşı vardı.
 
Cəmiyyətimizdə həmişə dəbdə olan yaş kultu baxımından müəllifi hətta “gənc alim” də adlandırmaq olardı. Lakin bu “gənc alim” həmin dövrdə Azərbaycan humanitar elminin ağsaqqallarından sayılırdı. Onun fikirləri ilə hesablaşırdılar. Milli elmi fikrə böyük töhfələr verə biləcək alim ehtiyatsızlıq və təcrübəsizlikdən doğan adi təsadüfün qurbanı oldu.
 
“Respublikanın sahibi”nin - Mir Cəfər Bağırovun və Moskva ideoloqlarının tarixi şəxsiyyətlərə münasibətdə əsaslandıqları şablondan kənara çıxması Heydər Hüseynovun yalnız Azərbaycan deyil, az qala bütün SSRİ miqyasında növbəti xalq düşməni kimi ittiham edilməsinə gətirib çıxardı.
 
“Staliniada” kitabının müəllifi, sovet filosofu Y.Borev bu münasibətin əsas səbəbini Stalinin yoluxduğu hər yerdə və həmişə casus axtarmaq xəstəliyində görürdü. O, yazırdı:
 
“40-cı illərin sonunda Stalinin Şamili türk və ingilis casusu elan etməsi ilə onun çarizmə qarşı apardığı milli-azadlıq mübarizəsinə ləkə yaxma kampaniyası başlandı. Şamilin ifşasının əsası Stalinin Azərbaycandakı satrapı Bağırovun “Kommunist” qəzetindəki çıxışı ilə qoyuldu. Bu məqsədlə bir neçə azərbaycanlı alim arxivlərdən Şamilə qara yaxmağa imkan verən materiallar toplamaq məqsədi ilə Moskvaya və Leninqrada göndərildi. Daha sonra haqqında digər məqalələr meydana çıxdı. Məşhur avar şairi (R.Həmzətov nəzərdə tutulur-V.Q) də xoşqulluq nümunəsi göstərib Şamil əleyhinə poema yazmaqla bu kampaniyaya qoşuldu. Sonralar Xruşşovun “ilıq rejimi” dövründə o, xalqının böyük oğlunu satdığına görə peşmançılığını dilə gətirmişdi. Şamil keçmişə tuşlanan casus axtarışlarının qurbanı olmuşdu”.
 
Lakin Y.Borevin göstərdiyi yalnız səbəblərdən biridir. Əslində Stalinin və onun erməni-gürcü çevrəsinin Şeyx Şamilə nifrətinin əsasında Qafqazın bütün müsəlman əhalisinə ögey münasibət və etinasızlıq dayanırdı. Bu regionu başdan-başa xristianlaşdırmaq düşüncəsi Stalinə və onun “həmyerlilərinə” əsla yad deyildi. Bir sıra Şimali Qafqaz xalqlarının və Msxet türklərinin tarixi torpaqlarından deportasiyası, azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarından çıxarılması, onların nəzərdə tutulan, lakin baş tutmayan kütləvi köçürülmə planı, Azərbaycanın Şimalı ilə Cənubunu birləşdirmək imkanından istifadə olunmaması və s. ilk növbədə bu məqsədə xidmət edirdi.
 
Xüsusilə Şimali Qafqazla bağlı planlarının həyata keçirilməməsində Stalinə bir sıra digər amillərlə birlikdə Şamilin dağlılar arasındakı kultu da müəyyən maneçilik törətmişdi. Stalin yaxşı bilirdi ki, Şimali Qafqaz xalqlarının iradəsini qırmaq üçün ilk növbədə onların tapındıqları bütü sındırmaq lazımdır. Həmin büt isə xalq arasında şöhrət və populyarlığını qoruyub saxlayan Şeyx Şamil idi. Şamili ləkələməklə, onu soydaşlarının gözündən salmaqla Qafqaz tarixinin işıqlı səhifələrindən birini də qapatmaq olardı. Çünki Şamil daim yaşayan canlı əfsanə kimi azad və üsyankar qafqazlı ruhunda öz əbədi yerini tutmuşdu. Köləlik zəncirini bir az da bərkitmək üçün bu əfsanəyə həmişəlik son qoymaq, onu bayağılaşdırmaq, boş, puç və cəfəng bir şey olduğunu sübuta yetirmək lazım idi.
 
Ötən əsrin 40-cı illərinin sonunda rəsmi sovet ideologiyasının Şeyx Şamil əleyhinə başlatdığı qarayaxma kampaniyasının əsasında gələcəyə hesablanmış bu məkrli Stalin planı dayanırdı.
Bədbəxtçilikdən Heydər Hüseynovun “XIX əsr Azərbaycanda ictimai-siyasi fikir tarixindən” kitabı belə bir şəraitdə işıq üzü görmüşdü.
 
1940-cı illərin sonu Heydər Hüseynovun triumf dövrü idi. 4 cildlik "Rusca-Azərbaycanca" lüğətə görə 1948-ci ildə 2-ci dərəcəli Stalin mükafatına layiq görülmüşdü. Bir il sonra 733 səhifəlik "XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikri tarixindən” monoqrafiyası çap olunmuşdu.
 
1947-ci ildə "ədəbiyyat naziri" - SSRİ Yazıçılar İttifaqının birinci katibi, Stalin Mükafatları Komitəsinin sədri A.Fadeyev Nizami Gəncəvinin müharibə səbəbindən təxirə düşmüş 800 illik yubileyində iştirak məqsədi ilə Bakıya gəlmişdi. Burada o, dostu Səməd Vurğun vasitəsi ilə H.Hüseynovla da tanış olmuşdu. Ciddi və işgüzar alim A.Fadeyevə xoş təsir bağışlamışdı. Tanışlıq tədricən dostanə münasibətlərə çevrilmişdi. Başıbəlalı kitabı çapdan çıxanda H.Hüseynov onun ilk nüsxələrindən birini ithaf sözləri ilə Moskvaya, A.Fadeyevə göndərmişdi. Fadeyev əsəri ictimai elmlər sahəsində 1950-ci il Stalin mükafatına (III dərəcə) təqdim etmişdi. Müvəffəqiyyətdən başı gicəllənən müəllif “respublikanın xozeyinini" məsələdən xəbərdar eləməyi unutmuşdu. M.C.Bağırov hadisədən yalnız yeni Stalin mükafatları laureatlarının adları “Pravda” qəzetində çap olunanda xəbər tutmuşdu. Başının üstündən iş görüldüyünə, həm də bunu inanıb irəli çəkdiyi birinin etdiyinə görə onun hirsindən necə zəncir çeynədiyini təsəvvür etmək çətin deyil.
 
Həmin dövrdə H.Hüseynovun referenti olmuş şair və tərcüməçi İmran Seyidov danışırdı ki, “Pravda”da Stalin Mükafatları Komitəsinin qərarı çap olunduğu gün səhər tezdən M.C.Bağırov laureatı Mərkəzi Komitəyə çağırtdırmış və istənilən adamı vahiməyə salan isterik monoloqdan sonra mükafat alan monoqrafiyasını sözün həqiqi mənasında onun başına çırpmışdı. Qalın və parıltılı kağızda çap olunmuş foliant isə yetərincə ağır idi.
 
İmran Seyidovun dediyinə görə həmin gün "Xozeyinin" yanından qayıdan Heydər Hüseynov böyük sarsıntı keçirmiş, kabinetinə çəkilib hönkür-hönkür ağlamış, ona su gətirən İ.Seyidova hıçqırıqlar içində "Имран, представляешь, он дважды меня ударил книгой по башке" demiş, sonra isə damarını kəsməklə intihara cəhd göstərmişdi. Amma birinci dəfə onu xilas etmək mümkün olmuşdu.
 
"Həddini aşmış” alimi cəzalandırmaq baxımından bu qeyri-insani davranış da "xozeyinə" az görünmüşdü. M.C.Bağırov dostluq əlaqələri saxladığı L.Beriya ilə A.Fadeyevin münasibətlərinin pis olduğunu bildiyindən bir güllə ilə iki ov vurmağı - həm Fadeyevi nüfuzdan salmağı, həm də H.Hüseynovu yerində oturtmağı qərara almışdı. Hər yerə əli işləyən Beriyanın müdaxiləsi nəticəsində məsələ böyüyüb Kremlin müzakirəsinə çıxarılmış və Stalin Mükafatları Komitəsinin tarixində - sonralar bir də heç zaman təkrarlanmayan (və təəssüf ki, yeganə presedent də bizimlə bağlı olan) hadisə baş vermişdi: SSRİ Nazirlər Sovetinin qərarı ilə mükafat heç bir cinayət törətməmiş qanuni sahibindən geri alınmışdı.
 
Y.Borev “Staliniada” kitabında yazırdı:
 
“Bu artıq rəsmən elan olunmuş Stalin mükafatının geri alınması ilə bağlı ilk təsadüf idi və həmin təsadüf bizim ölkədə torpağın adamın ayağının altından necə asanlıqla qaçdığını aydın göstərirdi. Stalin dövrünün meyarları baxımından sovet cəmiyyəti qarşısında böyük xidmətləri olan professor Elsberqin (tanınmış ədəbiyyaşünas alim, uzun illər boyu SSRİ DTK-nin informatoru-V.Q.) 1950-1951-ci illərdə Hüseynovun mükafatı geri alınandan sonra necə həyəcanlandığı indi də gözlərim önündədir”.
 
Lakin mükafatın geri alınması da M.C. Bağırovun qəzəbini soyutmadı. Heç şübhəsiz onun şəxsi göstərişi ilə Heydər Hüseynova qarşı təqiblər başlandı. Əsas hədəf kimi isə alimin Şeyx Şamilə və dağlılar hərəkatına münasibəti götürülürdü. Təqiblər həm ideoloji, həm də şəxsi planda aparılırdı. Alimin qardaşı həbs edilmişdi. Özünün ətrafındakı halqa isə günü-gündən daralırdı. Tutduğu bütün vəzifələrdən azad edilmişdi. Faktiki ev dustağına çevrilmişdi. H.Hüseynovun simasında yeni xalq düşməninin tapıldığı artıq heç kimə sirr deyildi.
 
Müharibənin bir qədər səngidib arxa plana keçirdiyi terror dalğası 40-cı illərin sonunda yenidən cəmiyyəti silkələməyə başlamışdı. Həm də bu dəfə əsas hədəf kimi daha çox yaradıcı adamlar, ziyalılar, alimlər seçilmişdi. M.Zoşşenko və A.Axmatova, “Zvezda” və “Leninqrad” jurnalları, V.Muradelinin “Böyük dostluq” operası haqqında məlum partiya qərarları həmin dövrdə çıxmışdı. “Leninqrad işi” deyilən qondarma ssenari quraşdırılmış, məşhur iqtisadçı A.İ.Voznesenski başda olmaqla böyük bir qrup dövlət adamı həbs edilmiş və güllələnmişdi.
 
Şərti olaraq “Həkimlərin işi” adlanan başqa bir ssenari hazırlanırdı. Bir sözlə, bütün ölkə miqyasında 1937-ci ilin təkrarına hazırlıq görülürdü. Yalnız tiranın ölümü cəza maşınının bütün dəhşəti ilə işə düşməsinin qarşısını aldı. Amma buna baxmayaraq keçmiş SSRİ-nin digər regionlarında olduğu kimi 1950-ci ildə yenidən gündəmə gələn repressiya dalğası Azərbaycandan da qansız-qadasız ötüşmədi.
1950-ci il iyul ayının 14-15-də Bakıda, Filarmoniyanın Yay salonunda Azərbaycan ziyalılarının yığıncağı keçirildi. Rəsmi məlumatlar toplantının işində iki min nəfərə qədər ziyalının iştirak etdiyini, Rəyasət heyətində Azərbaycan KP Mk-nın katibi M.C.Bağırovun, Nazirlər Sovetinin sədri T.Quliyevin, Ali Sovetin sədri N.Heydərovun oturduqlarını, yığıncağı Azərbaycan KP MK-nın katibi T.Yaqubovun açdığını xəbər verir. Yığıncaqda M.C.Bağırovun “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” adlı məruzəsi dinlənilmişdi. Müzakirələrdə professor C.Xəndan, Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini V.Səmədov, Azərbaycan EA Ədəbiyyat İnstitutunun direktoru, akademik M.A.Dadaşzadə, akademik M.Topçubaşov, Azərbaycan Yazıçılar İttifaqıının sədri M.İbrahimov, professor M.Şirəliyev, yazıçı M.Hüseyn, xalq şairi S.Vurğun, professor Ə.Dəmirçizadə və b. çıxış etmişdilər.
 
İclasa qədər respublikanın elmi idarə və təşkilatlarında, yaradıcı ziyalılar arasında güclü “hazırlıq” işi aparılmışdı. EA institutlarındakı və ali məktəblərdəki toplantılarda H.Hüseynov və onun xatalı qəhrəmanı haqqında “ifşaedici rəylər” toplanılmış və dəqiqliklə sənədləşdirilmişdi.
 
Həmin rəylərdən bəzilərini müəlliflərin adını göstərmədən təqdim edirəm:
 
Dilçilik İnstitutunun elmi katibi, ÜİK(b) üzvü........
“Azərbaycanın ictimai təşkilatlarının Hüseynova Stalin mükafatı laureatı adının verilməsi haqqındakı qərarının ləğvi ilə bağlı tələbləri və bunun ardınca Stalin Mükafatları Komitəsinin, habelə SSRİ Nazirlər Sovetinin müvafiq qərarları tamamilə ədalətli addımdır. Çünki Hüseynov həqiqətən də kitabında müridizmi ideallaşdırmış, Şamil hərəkatının tarixi mənasını təhrif etmiş, özünün burjua-millətçi tərəddüdlərinə meydan açmışdır.
Hüseynov tərəfindən Şamilin xalqın seçdiyi mütərəqqi xadim kimi qiymətləndirilməsi antimarksist mövqedir”.
 
MELİ (Marks, Engels, Lenin İnstitututu-V.Q.) Azərbaycan Filialının baş elmi işçisi, ÜİK(b)P üzvü............
 
“Hüseynov axır vaxtlar çox həddini aşmışdı, heç kimlə hesablaşmırdı. Hətta iş o yerə çatmışdı ki, Azərbaycan KP(b) MK-nın başı üzərindən kitabını Moskvaya, Stalin mükafatına təqdim etmişdi. Hələ bu azmış kimi o, Elmlər Akademiyasının binasında intihara cəhd kimi alçaq bir hərəkətə yol verərək bizdə guya alimlərin sıxışdırıldıqlarını, guya onların müdafiə məqsədi ilə müraciət edəcəkləri bir yerin olmadığını sübuta yetirməyə çalışmışdı.
Hüseynov təsadüfən yüksəlmiş adam idi və buna görə də baş verənlər təsadüfi sayılmamalıdır. Bunu tez və ya gec gözləmək lazım idi”.
 
Azərbaycan Tibb İnstitutu Histologiya kafedrasının müdiri, ÜİK(b)P üzvü .......
“Hüseynovun vicdansız adam olduğu aşkara çıxır, çünki o, Türkiyənin və İngiltərənin casusu Şamili ideallaşdırmaq fikrinə düşmüşdü.
Yalnız vicdansız adam belə bir işi Stalin mükafatına təqdim edə bilərdi”.
 
“Pioner” qəzeti redaksiyasının əməkdaşı, ÜİK(b)P üzvü, şair...
“Bu Stalin Mükafatları Komitəsinin qərarının ləğvi ilə bağlı ilk təsadüfdür. Hüseynov tək özünü deyil, bütün respublikanı biabır etmişdir.
Heydər Hüseynovu ictimai və fəlsəfi elmlər sahəsində bir nömrəli mütəxəssis sayırdılar, daim diqqət və qayğı göstərirdilər. Lakin bütün bu zəhmətlər hədər getdi. Onun hərəkəti bağışlanmaz səhv deyil, cinayətdir”.
 
“Azərnəşr”in direktoru, ÜİK(b)P üzvü ...
“Heydər Hüseynovu həmişə Azərbaycanın bütün qalan alimlərindən bir baş yuxarı tuturdular. O, elmi fikrin digər nümayəndələri üzərində özünəməxsus diktator idi. Gərək ona bu şəkildə əndazəsini aşmağa imkan verilməyəydi. Bu səhv idi və indi həmin səhvin nəticəsi göz qabağındadır. O, əsaslı iradları öz alim ləyaqətinə qarşı yönəldilmiş təhqir kimi qəbul edirdi və nəticədə özünəqəsd kimi yaramaz bir provakasiyaya əl atdı.
Çox güman Hüseynov bu hərəkəti ilə Azərbaycan KP(b) MK-nın rəhbərliyini zərbə altında qoymaq istəmişdi. Ancaq o, zənnində yanılmışdır”.
 
Belə baltanı kökündən vuran donos-rəylər çoxdur.
Və təbii ki, bu qaragüruhçu çıxışlar qorxudulmuş, küncə sıxışdırılmış kabinet ziyalısını intihara sövq etmək üçün yetərli idi.
 
C.Bağırovun qəzəb və hiddəti təkcə akademik Heydər Hüseynova deyil, onunla bu və ya digər şəkildə əməkdaşlıq edən digər tanınmış Azərbaycan ziyalılarına qarşı da çevrilmişdi. Onların sırasında kitabın redaktoru və ön sözün müəllifi akademik A.O. Makovelski, akademik Mirzə İbrahimov, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor M.A.Dadaşzadə, yazıçı Mehdi Hüseyn də vardı. “Xozeyin” hətta Mirzə İbrahimovun kitab müəllidinə ünvanlanmış şəxsi xarakterli məktubunu da iki min nəfərlik auditoriya qarşısında oxumağı məqbul saymışdı.
 
Məktubda qeyri-adi bir şey yox idi. Mirzə İbrahimov həmkarını uğurlu əsər münasibəti ilə təbrik edir, gələcəkdə də axtarışlarını davam etdirməyi məsləhət görürdü. Yeri gəlmişkən, Filarmoniyadakı iclas zamanı da Mirzə İbrahimov fikirlərindən imtina etməmişdi. Doğrudur, vəziyyətdən çıxmaq üçün müxtəlif üsullara əl atmışdı, lakin həmkarına qarşı siyasi ittiham irəli sürməmişdi.
 
M.C.Bağırovun zəhmi və xofu qarşısında M.A.Dadaşzadə və Mehdi Hüseyni ümumən duruş gətirmişdilər. Akademik Makovelski isə “а Васька слушает, да ест” prinsipi ilə hərəkət edərək, ümumən, heç nə danışmamışdı. Bütün bunlar şəraitin mürəkkəbliyinə baxmayaraq 50-ci illər Azərbaycan ziyalılarının simalarını qorumaq üçün bəzən hətta riskli addımlar atdıqlarının nümunəsi sayıla bilər. Məhz belə münasibətlərinə görə iclasın qətnaməsində bir sıra ziyalıların Heydər Hüseynovun şəxsinə və zərərli əsərinə münasibətdə prinsipsiz mövqe tutduqları qeyd olunmuşdu.
 
Amma təbii ki, zəif etirazlar əvvəldən hazır olan hökmün qarşısını ala bilməmişdi. Belə şəraitdə tamamən ruhdan düşmüş, təklənmiş, sarsılmış və yəqin ki, həyatından, elmi karyerasından daha çox ailəsinin, xanımı ilə üç kiçik yaşlı qızının aqibətini düşünən Heydər Hüseynov Filarmoniyadakı iclasdan düz bir ay sonra - 1950-ci il avqustun 15-də Mərdəkandakı kasıbyana bağında intihar etdi. Deyilənə görə EA-dakı ilk intihar cəhdindən sonra qoca anası onu qarabaqara izləyir, dəhşətli niyyətinin qarşısını almaq istəyirmiş. Amma mümkün olmamışdı...
 
C.Bağırovun hökmü ilə mükafatı əlindən alınandan, işdən çıxarılandan sonra Heydər Hüseynovun “kitabının bağlandığı” artıq heç kəsə sirr deyildi. Təəssüf ki, o zaman da, indi də bizdə “kitabı bağlananların" müdafiəsinə qalxanlar günün günorta şağı çıraqla axtarılanlar qədər azdır.
 
Amma yox!
 
Hətta M.C.Bağırovun yanında onun Heydər Hüseynova qara yaxmaqla bağlı istəyinin ziddinə gedənlər olmuşdu.
Cəmiyyətdə isə təkcə donosbazlar deyil, vicdanlı adamlar da izləndiklərini anladıqları halda məsələyə münasibət bildirməkdən çəkinməmişdilər.
 
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi naziri A.Yemelyanovun M.C.Bağırova 24 may 1950-ci il tarixli “tam məxfi” məktubunda belə cəsarətli adamların fikirlərindən nümunələr gətirilmişdi.
 
Yuxarıda istinad etdiyimiz donos müəlliflərindən fərqli olaraq onların adları mütləq çəkmək lazımdır:
 
Memarlıq namizədi. Azərbaycan EA İncəsənət İnstitutunun Memarlıq şöbəsinin müdiri, elmlər namizədi, bitərəf Qəzənfər Əlizadə:
“Komitənin (Stalin Mükafatları Komitəsi-V.Q.) məlumatında Şamil hərəkatına verilən qiymət məni xeyli təəccübləndirdi. Şeyx Şamil Nikolay Rusiyası kimi irticaçı bir qüvvənin qarşısında təbii ki, kiməsə arxalanmalı idi. Mən milli-azadlıq hərəkatının nə olduğunu aydınlaşdırmağa çox çətinlik çəkirəm.
Hüseynov özündən heç nə yazmayıb. O, sadəcə, indiyə qədər Şamil hərəkatına münasibətdə mövcud olan nöqteyi-nəzəri təsdiq edib”.
 
Elmlər Akademiyası Coğrafiya İnstitutunun baş elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Hüseyn Mamayev (görkəmli ədib Əbdürrəhimbəy Haqverdiyevin bacısı oğlu -V.Q.) mövqeyini daha sərt ifadə etmişdi:
 
“Hüseynovu göyə qaldırdılar. Oradan da yerə çırpdılar. Zavallı Şamil 30 il çara qarşı mübarizə aparmışdı. İndi də deyirlər ki, Türkiyə ilə İngiltərənin casusu olub. Əlbəttə, bütün bunlar çox gülməlidir. İndi Suvorov haqqında sərgilər təşkil olunur. Qəzetlər Azərbaycan zəhmətkeşlərinin onun vəfatının 150 illiyini qeyd etməyə hazırlaşdıqlarını yazır. Bütün bunlar ancaq ona görədir ki, Suvorov türklərin kökünü kəsməklə məşğul olub. Hər şey tərsinə çevrilib.Mirzə Kazımbəy Azərbaycanda yeganə layiqli professor olub. Hazırda ona qarşı çevrilmiş çıxışlar məndə yalnız hiddət oyadır”.
 
ÜİK(b)P üzvü, Azərbaycan Pedaqoji İnstitutunun SSRİ tarixi kafedrasının assisienti Əsəd Dilbazi də akademik H.Hüseynova qarşı kampaniyaya kəskin etirazını bildirmiş, ziyalılara münasibətdə “terrora” qayıdış təhlükəsinin baş qaldırdığından danışmışdı:
 
“Bizdə indi nə isə ağlasığmaz işlər baş verir. 1937-ci ilin qaydalarını bərpa ediblər və yenidən ziyalılara qarşı terrora əl atıblar. Heydər Hüseynov Ümumittifaq miqyaslı böyük alimdir. Amma onu elə vəziyyətə gətiriblər ki, intihara cəhd edib”.
Oxşar xəbərlər
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO