123
15:37, Bu gün

"Haber Global" Prezidentin Müstəqillik Günündə Şuşaya səfərini işıqlandırıb - VİDEO

"Bu gün dost və qardaş Azərbaycanın müstəqil elan edilməsinin 108-ci ildönümüdür. Belə bir tarixi gündə Azərbaycan Prezidenti İlham Əliyev işğaldan xilas edilmiş torpaqlara, Qarabağın Şuşa şəhərinə gedib".
 
Moderator.az xəbər verir ki, bu fikirlər "Haber Global"ın hazırladığı videomaterialda bildirilib.
 
Qeyd edilib ki, dövlət başçısı Böyük Qaladərəsi kəndində aparılan yenidənqurma və infrastruktur işləri ilə tanış olub, sakinlərlə görüşüb.
 
Bundan başqa materialda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərməsi ilə bağlı da məlumat verilib. Vurğulanıb ki, məktubda Azərbaycan-Türkiyə münasibətlərinin "tək millət, iki dövlət" əsasında gündən-günə gücləndiyinə diqqət çəkilib.
 
Bundan başqa süjetdə o da bildirilib ki, Azərbaycan Prezidentini təbrik edənlər arasında ABŞ lideri Donald Tramp da var. O da Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə diqqət çəkib.
 
Ağ Ev rəhbəri Vaşinqtonda 2025-ci ilin avqust ayında baş tutan tarixi sammitdə ABŞ və Azərbaycan arasında münasibətlərin getdikcə gücləndiyini və əməkdaşlığın artdığını bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər