251
15:45, Bu gün

"Haber Global": "Qarabağdakı tikinti layihələri qlobal miqyasda nümunə kimi göstərilir" - VİDEO

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası işini davam etdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" növbəti videomaterial təqdim edib.
 
Süjetdə Azərbaycanın Qarabağda aparılan tikinti işləri ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb. "Bu işlərin nümunə kimi qəbul edilməsinin səbəbi nədir?" sualına isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev belə cavab verib:
 
"Azərbaycan yalnız Qarabağda ev tikmir. O, hərtərəfli inkişaf modelini tətbiq edir. Azərbaycanın xüsusi modeli var. Xüsusi model ondan ibarətdir ki, biz yalnız ev tikmirik. Biz bütövlükdə inkişaf modeli yaradırıq".
 
Fərid Şəfiyevin sözlərinə görə, bu model Ukraynadan Yaxın Şərqə qədər münaqişələrdən təsirlənən bütün bölgələr üçün nümunə ola bilər. Süjetdə qeyd olunub ki, Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparılıb. Son 5 ildə bölgədə ümumi uzunluğu 70 kilometr olan tunel inşa edilib. 5 tunelin tikintisi hələ də davam edir. Planlaşdırılan 500 körpüdən 435-i tamamlanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər