“Bu həm Pakistan, həm də İrana iqtisadi fayda gətirir...”-Keçmiş səfir 
İqtisadiyyat
274
17:07, Bu gün

“Bu həm Pakistan, həm də İrana iqtisadi fayda gətirir...”-Keçmiş səfir 

“Görünür, Çin tərəfinin Tayvan məsələsinə toxunmamaq təklifinə razılaşdıqdan sonra Amerika tərəfi ilə Hörmüzlə bağlı da hansısa razılığa gəlinib...”
 
“Hesab edirəm ki, ABŞ prezidenti Donald Trampın Pekin səfəri zamanı, açıq şəkildə bildirilməsə də,  Çin lideri Si Cinpinlə İran məsələsi müzakirə olunub. Çin tərəfi öncə diplomatik tərzdə bildirib ki, Tayvan məsələsinə kiminsə müdaxilə edəcəyi təqdirdə müharibə qaçılmazdır. Sözsüz ki, bundan sonra danışıqların əsas mövzularından biri məhz İran məsələsi olub. Lakin  beynəlxalq mediada bu haqda konkret  məlumatlar yoxdur. Tramp Amerikaya qayıtdıqdan sonrakı çıxışlarında da bu məsələ barədə danışmadı. Bununla belə, ABŞ dövlətinin əsas məqsədlərindən biri Çinin İranla əlaqələrini məhdudlaşdırmaqdır. Bu, Amerika üçün regionda, xüsusilə Hörmüz boğazında təhlükəsizliklə bağlı əhəmiyyətlidir.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfəri Abbasəli Həsənov səsləndirib.
 
“Hazırda Hörmüz boğazı ətrafında vəziyyət mürəkkəb olaraq qalır.  İranın cənubundakı Hörmüzlə əlaqəli limanlar hamısı bağlıdır. Amma o tərəfdə Pakistan öz limanlarını təklif etdi. Həmin limanlar vasitəsilə İran məhsulları ixrac edilə bilər və əksinə, İrana lazımi məhsullar idxal edilə bilər. Bu da həm Pakistan, həm də İrana iqtisadi fayda gətirir. Pakistan bu imkanlardan dərhal faydalanmağa başlayıb.
 
Lakin xatıladıram ki, indiyədək İran neftinin 90%-ni  Çin alırdı və bu, əvvəlcədən müəyyən edilmiş uyğun qiymətlərlə və ya digər vasitələrlə həyata keçirilirdi. Bu da, təbii ki, ABŞ-ın, xüsusilə də Donald Trampın diqqətini çəkirdi. Və o da çalışırdı ki, hansısa bir vasitə ilə həmin ixracın qarşısını alsın. İrana qarşı son hərbi əməliyyatlarla da buna nail olundu. Ancaq indi xəbərlər çıxır ki, Çinin neft tankerləri Hörmüzdən və ABŞ blokadasından keçə bilib. Görünür, Çin tərəfinin Tayvan məsələsinə toxunmamaq təklifinə razılaşdıqdan sonra Amerika tərəfi ilə Hörmüzlə bağlı da hansısa razılığa gəlinib.”
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər