Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...” - VİDEO
212
13:02, Bu gün

Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...” - VİDEO

Xalq artisti Mələkxanım Eyyubovanın bloger qızı Nəzrin Nəcəfova ilk dəfə övladı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat TV-yə danışan bloger ana olmağın həyatında tamamilə yeni və xüsusi bir mərhələ açdığını bildirib. O, analıq hissinin təsvirolunmaz duyğular yaşatdığını və övladı ilə keçirdiyi hər anın onun üçün çox dəyərli olduğunu deyib.

Nəzrin Nəcəfova övladının üzünü sosial şəbəkələrdə gizli saxlamasının səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, yaxın dostları və doğmaları körpə Şirini görmək üçün səbirsizliklə gözləyiblər və bu münasibətlə 40 günlük məclis də təşkil olunub. Buna baxmayaraq, ailə övladlarının görüntülərini ictimaiyyətlə paylaşmamağa qərar verib:

“Dostlarımız, doğmalarımız Şirini çox görmək istəyirdi. Biz də 40 günlük məclis etdik. Amma övladımızın üzünü sosial mediada göstərmədik. Bunun səbəbi nəzərdir. Mənfi enerjilərin övladımıza təsir etməsini istəmirik. Hətta maddi təkliflər olsa belə, heç bir əməkdaşlıq çərçivəsində övladımızın üzünü paylaşmarıq”.

Bloger açıqlamasında anası, Xalq artisti Mələkxanım Eyyubova ilə münasibətlərindən də söz açıb. O, ailə bağlarının hər zaman güclü olduğunu, anasının həm sənətdə, həm də şəxsi həyatında onun üçün böyük dayaq rolunu oynadığını bildirib.

Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir. 

Nəzrin Nəcəfovanın səmimi etirafları və daha ətraflı açıqlamaları videosüjetdə yer alıb.

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər