Xatirə geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO
284
16:02, Bu gün

Xatirə geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Müğənni Xatirə İslam son zamanlar təkcə mahnıları ilə deyil, həm də fərqli səhnə tərzi ilə diqqət çəkir.

Uzun illərdir səhnədə özünəməxsus üslubu ilə seçilən sənətçi yeni görünüşü ilə izləyicilərin marağına səbəb olub. Xatirə İslam növbəti çıxışında seçdiyi geyim kombini ilə sosial şəbəkələrdə müzakirə yaradıb.

Müğənni ağ rəngli "oversize" köynəyi qara korset kəmərlə tamamlayaraq obrazına modern və iddialı toxunuş qatıb. Qara şalvar, fərqli dizayna malik çəkmələr və aksesuar seçimi isə onun səhnə stilini daha da ön plana çıxarıb.

Sənətçinin yenilənən imici və səhnə performansı izləyicilər tərəfindən maraqla qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərə çoxsaylı rəylər yazılıb. /milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər