Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyəli tanınmış sabiq futbolçu və şərhçisi Nihat Kahveci Misli Premyer Liqasının XXX turunda "Karvan-Yevlax"ın qapısına yol tapan "Neftçi"nin futbolçusu Freddi Varqasın qolunu şərh edib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə yığmasının sabiq hücumçusu "Haber Global"da yayımlanan "Kontraspor" verilişində danışıb.
O bildirib ki, Varqasın həmin anda verdiyi qərar və zərbə texnikası yüksəksəviyyəli futbol keyfiyyətindən xəbər verir. Nihat Kahveci bu qolu vurmaq üçün bir futbolçunun inanılmaz dərəcədə özünəinama sahib olmasını qeyd edib.
Xatırladaq ki, venesuelalı hücumçunun vurduğu qolun videosu "Neftçi"nin rəsmi sosial media hesablarında böyük marağa səbəb olub. Paylaşım qısa müddətdə 32 milyondan çox baxış, bir milyondan çox bəyənmə toplayıb.