Vəfa Şərifovanın övladlarının son görüntüsü gündəm oldu - VİDEO
219
12:40, Bu gün

Vəfa Şərifovanın övladlarının son görüntüsü gündəm oldu - VİDEO

Müğənni Vəfa Şərifova övladları ilə birgə Fəxri xiyabana gedib.

Sənətçi ötən gün doğum günü qeyd olunan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Vəfa Şərifova həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşılan videoda müğənninin qızı və oğlunun əllərində qırmızı qərənfillərlə Fəxri xiyaban istiqamətində irəlilədiyi əks olunub. Kadrlarda uşaqların məzar önünə gül aparması diqqət çəkib.

Qeyd edək ki, son illər Vəfa Şərifovanın şəxsi həyatı da tez-tez gündəmə gəlir. Müğənninin iş adamı Famil Xəlilovla münasibəti uzun müddətdir müzakirə olunur. Vəfa Şərifova müxtəlif televiziya proqramlarında verdiyi açıqlamalarda onların rəsmi nikahda olmadığını bildirib.

Xatırladaq ki, cütlüyün bu münasibətdən bir qız və bir oğul övladı var. /Yeni Sabah/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər