Xalq artistinin qızı duet ortağı ilə NİŞANLANDI - VİDEO
189
12:20, Bu gün

Xalq artistinin qızı duet ortağı ilə NİŞANLANDI - VİDEO

 Xalq artisti Fatma Mahmudovanın qızı, aktrisa və müğənni Nigar Tofiqin duet ortağı Xan Qaraxanlı ilə nişanlanacağı xəbəri gündəm olub.
 
Cütlüyün nişan mərasiminin tarixi hələlik açıqlanmasa da, Xan Qaraxanlı sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Müğənni Nigar Tofiq ilə birlikdə nişan üzükləri seçdikləri anları izləyiciləri ilə bölüşüb.
 
Yayımlanan görüntülərdə cütlüyün xoşbəxt və səmimi münasibəti diqqət çəkib. Zərgərlik mağazasında üzük seçən ikilinin romantik anları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
 
Paylaşıma çoxsaylı şərhlər yazan izləyicilər Nigar və Xana xoşbəxtlik arzulayaraq cütlüyü təbrik ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər