Şəkidə dağlıq ərazidə köməksiz qalan iki nəfər xilas edildi - VİDEO
Bizi sosial şəbəkələrdən izləyin:
Şəki rayonunda dağlıq ərazidə iki nəfər yolunu azıb və köməksiz vəziyyətdə qalıb.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunublar.
Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.