İki metrdən çox boyu olan oğlan niyə məşhur olmağın daşını atdı? - VİDEO
213
08:22, Bu gün

İki metrdən çox boyu olan oğlan niyə məşhur olmağın daşını atdı? - VİDEO

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Beyləqan rayonunun Birinci Aşıqlı kəndinə səfər edilib.
 
Təxminən 2000 nəfərin yaşadığı kənddə əsas məşğuliyyət kənd təsərrüfatı və maldarlıqdır.
 
Kənd sakinlərindən biri bildirib: "Taxıl, kartof, pomidor əkirik - hamısı öz zəhmətimizin bəhrəsidir. Öz məhsulumuzun dadı tamam başqadır, alıb gətirdiyinlə eyni deyil".
 
Verilişdə qədim tərəkəmə həyat tərzindən də bəhs olunub. Qeyd edilib ki, vaxtilə bölgə sakinləri daimi bir yerdə yaşamayıb, mövsümə uyğun olaraq köç ediblər. Onlar yay aylarını Kəlbəcər yaylaqlarında, qış fəslini isə aran ərazilərdə keçiriblər. Elə buna görə də "tərəkəmə" adlandırılıblar.
 
Buraxılışda kənd qadınlarının hazırladığı ənənəvi "ült-ültə lavaş" da diqqət çəkib. Onlar bu lavaşın yalnız Beyləqana məxsus olduğunu bildiriblər.
 
Kəndin ən uca boylu sakini olan Aqil Sadıqzadə məşhur olmağın daşını niyə atdığını belə izah edib:
 
"Mən valideynimlə, atamla yaşayıram. Onlara xidmət edirəm, onların qayğısına qalıram. Kənddə doğulmuşam, kəndi sevirəm".

 

Link kopyalandı!
Son xəbərlər