Həyətini qəbiristanlığa çevirənlər: Məzar yeri necə seçilməlidi? - VİDEO
216
12:40, Bu gün

Həyətini qəbiristanlığa çevirənlər: Məzar yeri necə seçilməlidi? - VİDEO

Ölüm insan həyatının ən ağır və sarsıdıcı həqiqətlərindən biridir. Bəzi hallarda insanlar yaxınlarını daha “yaxın” hesab etdikləri yerlərdə – öz həyətlərində dəfn etməyə üstünlük verirlər.
 
Moderator.az xəbər verir ki, bu barədə APA TV-nin hazırladığı videomaterialda bəhs edilir. Hətta ölkənin bəzi ərazilərində doğmaların və yaxınların həyətyanı sahələrdə dəfn edilməsi artıq min ilə yaxındır ki, davam edir. Belə ərazilərdən biri də Qubanın Zərqova kəndidir. Burada bütün məhəllələrin, yolların kənarlarında ayrı-ayrı hasara alınmış çoxlu sayda qəbiristanlıqlar var. Zərqovada ailə məzarlıqları ənənəsinin kökü 13-cü əsrə gedib çıxır.
 
Qubada yaşanan vəziyyətlə bağlı Zərqova kənd rəsmiləri bildirirlər ki, əvvəllər kənd qəbiristanlığı olmadığı üçün bu hal yaşanıb, hazırda isə ölən şəxslərin ailə məzarlığında dəfn edilməsi az hallarda baş verir. Bunun qarşısını almaq üçün insanlar arasında maarifləndirici söhbətlər aparılır.
 
Ətraflı süjetdə:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər