İnformasiya cəbhəsində
212
08:35, Bu gün

İnformasiya cəbhəsində "süni intellekt savaşı": İranın satirik videoları nəyi hədəfləyir? - VİDEO

ABŞ-İran qarşıdurması təkcə diplomatik masada və meydanda davam etmir.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, tərəflər arasında mübarizə həm də informasiya platformalarında aparılır. Analitiklər hesab edirlər ki, İran Birləşmiş Ştatları informasiya savaşında video və memlərlə məğlub edir.
 
Belə ki, iranlı kontent yaradıcıları süni intellekt (Sİ) vasitəsilə hazırlanan satirik videolar və Donald Trampın yer aldığı leqo animasiyalarından Vaşinqtona qarşı təbliğat silahı kimi istifadə edirlər. Ekspertlərin fikrincə, İran bu qədər kəskin və təsirli memlər istehsal etdiyi templə dağıdıcı raketlər istehsal edə bilsəydi, ABŞ Mərkəzi Komandanlığı artıq çoxdan təslim olmuşdu.
 
Qeyd edək ki, münaqişənin başlanğıcından bəri İran süni intellektdən istifadə edərək Donald Tramp, Benyamin Netanyahu və ABŞ-nin xarici siyasətini hədəf alan onlarla istehzalı video hazırlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər