Bu ərazidə qaz kəsildi
Cəmiyyət
205
09:25, Bu gün

Bu ərazidə qaz kəsildi

Bu gün saat 09:00-dan etibarən Balakən Qazpaylayıcı Stansiyasının (QPS) Balakən ölçü qovşağından (Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20 351 əhali və 257 qeyri-əhali abonenti) qaz təchizatı dayandırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, qaz təchizatının dayandırılması Balakən qaz paylayıcı stansiyanın daxilind xəttin üzərindəki qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, QPS-in daxilində və Balakən rayonu ərazisində olan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır.
 
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər