Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - VİDEO
215
08:05, Bu gün

Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - VİDEO

Gəncədə ailə münaqişəsi qanla nəticələnib.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə aprelin 20-si axşam saatlarında qeydə alınıb.
 
Şəhər sakini, 41 yaşlı Sevda Cəfərova ailə-məişət münaqişəsi zamanı kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər alıb. Ona xəsarət yetirməkdə həyat yoldaşı təqsirli bilinir. Bildirilir ki, kişi həyat yoldaşına balta ilə zərbələr endirib.
 
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1985-ci il təvəllüdlü qadın Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş, boyun və çiyin nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
 
Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 45 yaşlı Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər