İstehsalatda zərər çəkmiş işçilərin peşə əmək qabiliyyətinin qiymətləndirilməsi qaydaları təsdiqlənib
Siyasət
242
18:10, Bu gün

İstehsalatda zərər çəkmiş işçilərin peşə əmək qabiliyyətinin qiymətləndirilməsi qaydaları təsdiqlənib

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiqlənib.

 

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Azərbaycanda peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi ilə bağlı fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirəcək.

 

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi sığortalı və ya sığortaçının nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Əmək və məşğulluq" altsistemi, sığortaolunanın isə "e-sosial" internet portalında olan şəxsi kabineti vasitəsilə müraciəti və ya məhkəmə qərarı ilə "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na uyğun olaraq verilmiş göndəriş əsasında olacaq.

 

Agentlik MEİS-in "Əlillik" altsisteminə göndərişin daxil olduğu tarixdən 10 iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə altsistem üzərindən sığortaolunana, sığortalı və ya sığortaçıya məlumat göndərəcək.

 

Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanların peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi onların unikal kodları göstərilməklə rəsmiləşdirilən və sığortalı tərəfindən kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) agentliyə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında həyata keçiriləcək. Agentlik sənədlərin təqdim olunduğu tarixdən 10 iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə məlumatı kağız daşıyıcıda sığortalıya göndərəcək.

 

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirməni isə agentliyin Tibbi-sosial ekspert komissiyası həyata keçirəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər