Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Moderator.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.
Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. Əminəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız gələcək illərdə daha da möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bundan başqa, Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani də dövlətimizin başçısına təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Ölkənizin milli bayramı - 28 May Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına yeni-yeni uğurlar və firavanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri daha da artırmaq niyyətimizi xüsusi vurğulayıram.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza da Azərbaycan Prezidentini təbrik edib.
Təbrik məktubunda deyilir:
"Əlamətdar tarix - 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Eyni zamanda, Livan Respublikasının Prezidenti general Cozef Aun da Prezident İlham Əliyevə təbrik məktubu göndərib:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, şəxsi rifah, müdrik rəhbərliyinizlə dost Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Birlik və əməkdaşlıq dəyərlərini təcəssüm etdirən bu bayram qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımızın, ölkələrimizin rifahı və mənafeyi naminə yeni nailiyyətlərin qazanılması məqsədilə birgə səylərimizin gücləndirilməsi baxımından bir fürsətdir.
Zati-aliləri, ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhua da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə, xalqınıza əmin-amanlıq və firavanlıq arzu edirəm.
Tailand ilə Azərbaycan arasında 30 ildən artıq davam edən, qarşılıqlı anlaşmaya və ortaq dəyərlərə əsaslanan dostluq münasibətləri əhəmiyyətli dərəcədə inkişaf etmişdir.
Qəti şəkildə əminəm ki, biz güclü iradəmizlə ölkələrimizin və xalqlarımızın mənafeyi naminə dostluq münasibətlərimizi möhkəmləndirmək, xüsusilə ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı istiqamətində fəaliyyətimizi davam etdirərək birgə səylərimizi daha da artıracağıq".
Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqalu da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:
"28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-aliləri, Sizə şəxsi rifah, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".
Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Moderator.az həmin məktubun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram".
Bundan başqa, İsveçin Kralı XVI Karl Qustav da dövlətimizin başçısına təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
Koreya Respublikasının Prezidenti Li Cemyön də Azərbaycan Prezidentini təbrik edib.
Təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.
Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram".