Maka Boçorişvili: Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır
Siyasət
206
19:50, Bu gün

Maka Boçorişvili: Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır

Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır.

Moderator.az yerli mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili bildirib.

Nazirin sözlərinə görə, bu gün imzalanan mühüm sazişlər iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

"Xüsusilə Orta Dəhliz kimi inkişaf perspektivlərindən danışarkən Azərbaycan bizim üçün vacib strateji tərəfdaşdır. Bu kontekstdə bu gün həqiqətən vacib sazişlər imzalanıb", – M.Boçorişvili bildirib.

O bildirib ki, Gürcüstanın tranzit potensialının tam şəkildə reallaşdırılması prioritet məsələlərdən biridir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə iki ölkənin hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş imzalanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər