KİV: Lamin Yamal dünya çempionatının ilk matçında olmayacaq
İdman
133
21:27, Bu gün

KİV: Lamin Yamal dünya çempionatının ilk matçında olmayacaq

"Barselona" futbol klubunun futbolçusu Lamin Yamal zədə səbəbindən İspaniya millisinin dünya çempionatındakı ilk oyununda iştirak edə bilməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.

İspanlar mundialdakı ilk matçını iyunun 15-də ABŞ-nin Atlanta şəhərində Kabo-Verde millisinə qarşı keçirəcəklər. Mənbələrin bildirdiyinə əsasən, 18 yaşlı futbolçu iyunun 21-də Səudiyyə Ərəbistanına qarşı baş tutacaq ikinci görüşü də buraxa bilər.

Lamin Yamal aprelin 22-də "Selta" ilə matçda sol ayağının arxa bud əzələsini zədələyib. Həmin oyunda o, 40-cı dəqiqədə penaltidən yeganə qolu vurmuşdu.

"Barselona" futbolçunun konservativ müalicə alacağını və mövsümün sonuna qədər meydana çıxmayacağını açıqlayıb.

Lamin Yamal İspaniya millisində 25 oyun keçirib və altı qol vurub. O, 2023-cü ildə yığmada debüt edib.

Futbolçu milli komanda ilə birlikdə Avro-2024-ün qalibi olub, 2025-ci ildə isə UEFA Millətlər Liqasının finalına yüksəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər