20:35
19°C
Bakı
Gürcüstan hökumətinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığı Bakı–Supsa boru kəmərinin fəaliyyətinin bərpasına töhfə verəcək.
Moderator.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, müvafiq razılaşma Bakıya səfər çərçivəsində imzalanıb.
O qeyd edib ki, son illərdə fəaliyyətini dayandıran Bakı–Supsa boru kəmərinin yenidən işə salınması həm regional enerji əməkdaşlığı, həm də Gürcüstanın tranzit rolunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Gürcüstan hökuməti danışıqlar nəticəsində SOCAR ilə əməkdaşlığa başlamaq barədə qərar qəbul edib və bu, boru kəmərinin birgə səylərlə bərpasına imkan yaradacaq".