21:11
18°C
Bakı
Mayın 23-dən 14-dək Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından Moderator.az-a verilən məlumata görə, yarışda 95 klub və idman cəmiyyətindən olan 643 cüdoçu (532 oğlan, 111 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu, cari ildə U-14 Liqa yarışının son turu olacaq. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.