19:32
19°C
Bakı
"Belə mükəmməl ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm".
Moderator.az xəbər verir ki, bu fikirləri Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində (WUF13) keçirilən Liderlər Sammitində deyib.
O bildirib ki, Bakı ənənə ilə yeniliyin, irs ilə şəhər inkişafının gözəl nümunəsidir:
"Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Forumun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik".