TDT Azərbaycanda 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini alqışlayır
Siyasət
63
22:30, Bu gün

TDT Azərbaycanda 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini alqışlayır

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanda 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini və 2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair Fəaliyyət Planının təsdiq edilməsini alqışlayır.

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə bu gün TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.

İmzaçılar həmçinin 2026-cı ildə Qırğız Respublikasının və Qazaxıstan Respublikasının rəqəmsal kodekslərinin qüvvəyə minməsini, Özbəkistanda 2030-cu ilədək Süni İntellekt Texnologiyalarının İnkişafı Strategiyasının qəbul edilməsini, eləcə də Türkiyənin maraqlı tərəflərin geniş iştirakı ilə 2026-cı ildən sonrakı dövr üçün süni intellekt sahəsində yeni baxışın hazırlanması istiqamətindəki səylərini və Türkiyə Cümhuriyyətinin Kibertəhlükəsizlik İdarəsinin yaradılmasını alqışlayırlar.

Bu təşəbbüslər türk dövlətlərinin liderləri tərəfindən TDT üzv dövlətlərinin rəqəmsal transformasiyasının irəliləməsinə və onların rəqəmsal tənzimləməsinin təkmilləşdirilməsinə əhəmiyyətli töhfə kimi qiymətləndirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər