İlqar Vəlizadə:
Siyasət
63
21:20, Bu gün

İlqar Vəlizadə: "Türk dünyası süni intellekt dövrünə qədəm qoyur" - VİDEO

Azərbaycanlı politoloq İlqar Vəlizadə Qazaxıstanın Türküstan şəhərində baş tutan TDT-nin qeyri-rəsmi zirvə görüşü barədə "24kz" televiziya kanalına müsahibə verib.

Moderator.az xəbər verir ki, bu barədə politoloq "Prime Time" verilişində zirvə görüşünün bəzi nəticələrini və onun əhəmiyyətini müzakirə edib.

İlqar Vəlizadə bildirib ki, bu gün Aralıq dənizindən şərq sərhədlərinə qədər uzanan məkan əməkdaşlıq və sülh məkanıdır.

"Bu gün burada Avrasiyanın müxtəlif coğrafiyalarını birləşdirən çox mühüm logistika marşrutları formalaşır. Əlbəttə ki, təkcə ölkələrimizin cəmiyyətləri deyil, həm də daha geniş beynəlxalq ictimaiyyət bu tədbirə diqqət yetirir. Bu sammitdə qəbul edilən bütün qərarlar və müzakirə olunan məsələlər təsadüfi deyil. Biz rəqəmsallaşma və süni intellekt dövründə yaşayırıq. Sammitdə yüksək texnologiyalı həllərin, xüsusilə də süni intellektin praktik tətbiqi ilə bağlı məsələlərə xüsusi diqqət ayrıldı", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, sammit başlamazdan bir neçə gün əvvəl Qazaxıstan tərəfi süni intellektin təhsil prosesinə tətbiqi ilə bağlı inqilabi qərar qəbul edib.

"Bu, olduqca mühüm qərardır. Qazaxıstan bir növ süni intellekti praktikada, idarəetmə sistemində və dövlət səviyyəsində bu qədər geniş tətbiq edən ilk ölkədir", - deyə İlqar Vəlizadə vurğulayıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər