Siyasət
142
17:50, Bu gün

"Haber Global" İlham Əliyevin Türküstandakı çıxışına diqqət çəkdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak və çıxış edib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında yayımlanan reportajda bildirilib.

"Türküstan işğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə qardaşlaşan ilk şəhər olub. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır", - deyə süjetdə Azərbaycan liderinin çıxışından sitat verilib.

Reportajda qeyd olunur ki, İlham Əliyev zirvə görüşünün mövzusunun dövrün çağırışlarını və prioritetlərini əks etdirdiyini vurğulayıb:

"Dünya rəqəmsal inkişaf və süni intellekt sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesin ön sıralarında olmalıdır.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlıq genişlənir və mövcud qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Zəngəzur dəhlizi Orta Dəhlizin əsas komponentlərindən birinə çevriləcək.

Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan Türk Dövlətləri Təşkilatının gücləndirilməsində səylərini əsirgəməyəcək".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər