Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
304
10:40, Bu gün

Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.
 
Moderator.az xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olanların xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
 
Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Latviya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqın yaddaşında tutduğu xüsusi yer və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər