Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda yol hərəkəti qaydasını pozan “Ford” markalı nəqliyyat vasitəsinin sürücüsü Şahin Rzayev saxlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Moderator.az-a verilən xəbərə görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı Ş.Rzayevin sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunub.
Sürücü barəsində törətdiyi əmələ görə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Rzayev 10 sutka inzibati qaydada həbs edilib.