Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib
Siyasət
379
21 Apr 2026 | 22:10

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21-də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib.

Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qazaxıstan Respublikası baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər