14:22
16°C
Bakı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri Raşid Talbi Əl Alami ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin vacibliyi və onların perspektivləri müzakirə olunub.