Çin Özbəkistanda layihələrin həyata keçirilməsinə 190 milyon dollar ayıracaq
Siyasət
2446
09 Sep 2023 | 11:32

Çin Özbəkistanda layihələrin həyata keçirilməsinə 190 milyon dollar ayıracaq

Çin Özbəkistanda layihələrin həyata keçirilməsi üçün qrantlar ayıracaq.

Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

İmzalanmış memorandum çərçivəsində Çin tərəfi kənd və su təsərrüfatı, səhiyyə, təhsil və institusional inkişaf kimi sahələrdə 14 layihənin həyata keçirilməsi üçün 190 milyon ABŞ dollarından çox vəsait ayıracaq.

“Çin tərəfi son illər Özbəkistanda aparılan islahatları yüksək qiymətləndirib və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsində qarşılıqlı fəaliyyəti daha da intensivləşdirməyə hazır olduğunu bildirib”, - məlumatda deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər