Hüqo Gevara: “Son 30 il ərzində Azərbaycan ilə ABŞ arasında münasibətlər tərəfdaşlıq səviyyəsinə çatıb”
Siyasət
1455
23 Jun 2023 | 21:03

Hüqo Gevara: “Son 30 il ərzində Azərbaycan ilə ABŞ arasında münasibətlər tərəfdaşlıq səviyyəsinə çatıb”

30 illik əməkdaşlıq nəticəsində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ikitərəfli münasibətlər tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ABŞ-nin müstəqilliyinin 247-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Ölkəmiz 247 il əvvəl müstəqilliyini elan edəndə dünyanın ucqar guşəsində yerləşən 13 kiçik dövlətin dünya dövlətlərinin dost və tərəfdaşına çevriləcəyini çox adam təsəvvür edə bilməzdi", - o deyib.

Tədbirin builki mövzusu ölkənin mədəni və coğrafi müxtəlifliyini simvolizə edən 4 şəhəri - Las-Veqas, Yeni Orlean, Nyu-York, San-Fransiskonu əks etdirən "Amerikaya səyahət" olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər