Bu gün Lənkəranın üç kəndində işıq kəsiləcək
Cəmiyyət
152
08:35, Bu gün

Bu gün Lənkəranın üç kəndində işıq kəsiləcək

Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərİşıq" ASC məlumat yayıb.
 
Bildirilib ki, buna səbəb mayın 8-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində aparılacaq təmir işləridir.
 
Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Separadi kəndində, saat 13:00-dan 15:30-dək isə Sinovli və Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
"İşlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda deyilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər