Bizi sosial şəbəkələrdən izləyin:
İnsan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Vurğulanır ki, onlardan yeddisinin Türkiyədə, birinin Pakistanda, birinin Rusiyada, birinin isə Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal edilir.
Sənəddə qeyd olunur ki, hesabat ilində müəyyən edilmiş 46 insan alveri qurbanının hamısı (qadınlar) Azərbaycan vətəndaşı olmaqla 33-ü Türkiyə Respublikasında, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Pakistanda cinsi istismara məruz qalıb.
Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub. (oxu.az)