AK Partidə sədr müavini və köməkçiləri vəzifələrinə təyinatlar olub
1530
19 Jun 2023 | 20:10

AK Partidə sədr müavini və köməkçiləri vəzifələrinə təyinatlar olub

AK Partidə sədr müavini və sədr köməkçiləri vəzifələrinə təyinatlar olub.

Bununla bağlı Prezident və AK Parti sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən AK Parti Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) toplantısında qərar verilib.

Təxminən 2 saat yarım davam edən iclasdan sonra partiyanın sədr müavini və sədr köməkçiləri təyinatları açıqlanıb.

AK Parti sədrinin müavini vəzifəsinə xarici əlaqələr üzrə sədr müavini Efkan Ala təyin edilib.

Xarici Əlaqələr üzrə sədrin köməkçisi vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə sədrin köməkçisi vəzifəsinə isə Mehmet Ali Zengin təyin olunub.

Qeyd edək ki, AK Partinin böyük qurultayı sentyabr və ya oktyabrda keçiriləcək. Böyük qurultaydan sonra əyalət-rayon qurultayları baş tutacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər