Bizi sosial şəbəkələrdən izləyin:
Çoxları hesab edir ki, yumurta nə qədər böyükdürsə, bir o qədər yaxşıdır. Lakin bu, belə deyil.
Moderator.az dünyaca məşhur mütəxəssis Şef Alexander Rastunin açıqlamasına əsasən bildirir ki, mütəxəssislərin daha kiçik yumurtalara üstünlük verir, çünki onların tərkibində daha çox vitamin və qida var:
“Yumurta nə qədər böyükdürsə bu o deməkdir ki, onu yumurtlayan toyuq çox yaşlıdır. Bu o deməkdir ki, quşun orqanizmi insanlar üçün lazım olan kifayət qədər selen və xolin istehsal edə bilmir. Gənc toyuqlar quşdan yumurtaya keçən bu maddələrdən çox miqdarda istehsal edirlər. Buna görə sizə yalnız kiçik yumurta almağı tövsiyə edirəm".
Moderator.az