12:45
16°C
Bakı
Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən İngiltərənin “Tottenhem” klubu maraqlı addım atıb.
Moderator.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi baş məşqçi Roberto de Zerbinin istəyi ilə əsas komandaya psixoloq dəvət edib.
Məqsəd futbolçuların mental durumunu yaxşı vəziyyətə gətirməkdir.
Qeyd edək ki, “Tottenhem” Premyer Liqanın turnir cədvəlində 33 turdan sonra 31 xalla 20 komanda arasında 17-ci pillədə qərarlaşıb. Komanda elitanı tərk etmək təhlükəsi ilə üz-üzə qalıb.