Raketlərdən sonra Rusiya səmasında qəribə “meduza”lar PEYDA OLDU
457
18 Apr 2026 | 10:23

Raketlərdən sonra Rusiya səmasında qəribə “meduza”lar PEYDA OLDU

Rusiya səmasında neçə gündür yaranan görüntü insanları qorxudub, hətta müxtəlif mifik fərziyyələrin dolaşmasına səbəb olub.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, xüsusilə Sankt-Peterburq səmasında aydın görünən “meduza” forması sakinləri təşvişə salıb.

Mütəxəssislər məsələni araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, səmadakı "meduza" sadəcə raket buraxılışından sonra qalan izlərdir. Daha dəqiq desək, karbon qazı və yüksək konsentrasiyada olan buxarın yaratdığı qaz dumanıdır. Onlar ay işığında parıldamağa başlayır və bu qəribə formalarda görünür.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər