Bizə bəlli olan gerçək düşmənin öz dilindən etiraf olundu
Ekskluziv
622
09:49, Bu gün

Bizə bəlli olan gerçək düşmənin öz dilindən etiraf olundu

44 günlük müharibə dövründə region ölkələrinin mövqeyi, Ermənistan–İran xətti üzrə iddia olunan logistik dəstək məsələləri və bunun Cənubi Qafqazın geosiyasi balansına təsiri yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə İranın hava məkanının hərbi təyinatlı daşımalar üçün istifadə edilməsi ilə bağlı səslənən etiraflar Azərbaycanın illərdir diqqətə çatdırdığı narahatlıqlara yeni siyasi çalar qazandırır. Bu tip açıqlamalar təkcə keçmiş müharibə reallıqlarını deyil, eyni zamanda regionda formalaşan güc nisbətlərini və dövlətlərarası etimad mühitini də yenidən gündəmə gətirir.

Maraqlıdır, Robert Köçəryanın 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün İranın hava məkanından istifadə edildiyini etiraf etməsi Azərbaycanın illərlə səsləndirdiyi narahatlıqları hansı mənada təsdiqləyir? Bu açıqlama regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycan-İran münasibətləri və Tehranın Cənubi Qafqaz siyasəti baxımından necə qiymətləndirilə bilər?

Mövzu ilə bağlı Moderator.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlama verib. 

Siyasi şərhçi bildirib ki, Azərbaycan dövləti və xalqı bu barədə müharibə dönəmində də məlumatlı idi. Xüsusilə Hindistandan göndərilən silahlar İran üzərindən Ermənistana daşınırdı:

 “Reallıq ondan ibarətdir ki, İranda bəzi radikal çevrələr Azərbaycanı özünə təhdid gördüyü üçün qələbə qazanmasını da istəmirdi. Bu çevrələr yanlış olaraq hesab edir ki, Azərbaycanın güclənməsi İranda milli-etnik pöroblemlərə səbəb ola bilər. Bu baxımdan da münaqişənin dondurulmuş qalması onlara sərf edirdi. Amma, Azərbaycan tarixi qələbə qazanmaqla bölgədə geosiyasi reallığı dəyişdi. Azərbaycan-İran münasibətlərinin zaman-zaman korlanması və düzəlməsi də bu amillərlə bağlıdır".

Əli Zülfüqaroğlu əlavə edib ki, radikal düşərgə heç bir zaman Azərbaycanla isti münasibətin tərəfdarı olmayıb və müxtəlif bəhanələrlə gərginlik yaradıblar:

Amma, islahatçıların güclənməsi və ənənəvi siyasətin diğru olmaması istiqamətində aparılan siyasət və bu yanaşmaya ciddi ictimai dəstək vəziyyəti dəyişdi. Amma münasibətlər normallşmağa başlasa da, Zəngəzur dəhlizi ilə bağlı eyni siyasi xəttin yürüdüldüyünün şahidi oluruq. İran hesab edir ki, Zəngəzur dəhlizi açılarsa İran təcrid vəziyyətinə düşəcək. Amma, Azərbaycan İranla da saziş imzalamaqla bu perspektivin olmadığını və İranla bağlı dostluq siyasətinə söykəndiyinin mesajını verdi.

ABŞ/İsrail-İran müharibəsi zamanı da Azərbaycan öz prinsiplərinə sadiq qaldı və İrana qarşı Azərbaycan ərazisindən heç bir zaman üçüncü qüvvələrin istifadə etməyəcəyi bəyanatları praktiki olaraq doğrulandı. Ona görə də İrandakı radikal qanadın bundan sonra Azərbaycanı ittiham etmək bəhanəsi artıq yoxdur.

Hesab edirəm ki,  tarixi səhvlərdən nəticə çıxarıb Azərbaycanla adekvat siyasət yütüdülməsinin alternativi yoxdur. İran və Azərbaycanın tarixi bağlılığı var. İranda 40 milyona yaxın soydaşımız yaşayır. Bu da o deməkdir ki, münasibətlərin inkişafı hər iki ölkə üçün ciddi önəm daşıyır”.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər