Bakıda Vətən müharibəsinə həsr olunanxa0filmin epizodları çəkiləcək
Cəmiyyət
1312
03 May 2025 | 12:09

Bakıda Vətən müharibəsinə həsr olunanxa0filmin epizodları çəkiləcək

Vətən müharibəsinə həsr olunan “44” bədii filminin çəkilişləri davam edir.
 
Moderator.az xəbər verir ki, mayın 4-də paytaxtın mərkəzi hissəsində filmin bəzi epizodlarının çəkilişləri aparılacaq.
 
Qeyd edək ki, həmin gün keçiriləcək “Bakı Marafonu 2025” ilə əlaqədar bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bəzi yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırıılmasından istifadə edilərək filmin çəkilişlərinin səhər saat 04:00–09:45 aralığında həmin ərazilərdə aparılması nəzərdə tutulur.
 
Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlaşdıran “44” bədii filminin çəkilişləri Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb. (trend)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər