Onlar üçün müharibə heç vaxt bitmir!
Ekskluziv
2056
09 Nov 2024 | 13:37

Onlar üçün müharibə heç vaxt bitmir!

Dünən yalnız ölkəmizdə deyil, bütün dünyadakı soydaşlarımız tərəfindən 8 Noyabr zəfərinin 4-cü ildönümü böyük sevinc və coşğu hissi ilə qeyd olundu. Nəhz 4 il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində əldə edilən bu tarixi zəfər sayəsində 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi.

44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı bir küll halında ciddi vəhdət və həmrəylik sərgilədi ki, bu da zəfərin əldə edilməsində mühüm rol oynadı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında 8 Noyabr zəfərinin Azərbaycan xalqının həmrəyliyi sayəsində əldə edildiyini qeyd edib, bu zəfərin əsas qəhrəmanının isə Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu bildirib. Doğrudan da, Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində əsl möcüzə gerçəkləşdirərək düşməni 30 ildir ki, möhkəmləndiyi mövqelərdən cəmi 44 gün ərzində pərən-pərən salmış, öz adını müasir hərb tarixinə qızıl hərflərlə yazdırmışdır. Təsadüfi deyil ki, şəhidlərimizin, qazilərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar bu gün də dünyanın ən güclü dövlətləri  - Çin, Rusiya, ABŞ və s. tərəfindən öyrənilməkdə, tədqiq edilməkdədir.

 

44 günlük Vətən müharibəsində fədakarlığı ilə diqqət çəkən, 8 Noyabr zəfərinin əldə ediməsində mühüm rol oynayan qurumlardan biri də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) olub. DTX hələ işğal dönəmində düşmən qüvvələri, onların mövcud durumu və imkanları, habelə düşmənin mümkün təxribat və diversiya xarakterli addımları ilə bağlı dəqiq informasiyalar əldə edib, konkret döyüş tapşırıqlarını layiqincə yerinə yetirməklə qələbəyə böyük töhfə verib.

44 günlük Vətən müharibəsində DTX-nın sərgilədiyi ən böyük fədakarlıqlardan biri isə ön xətdə düşmənə qarşı mübarizədə aktiv iştirak etməklə yanaşı, ölkə daxilində təhlükəsizliyi yüksək səviyyədə təmin etməsi olub. Bu mənada, əminliklə demək olar ki, DTX xalqımızın və dövlətimizin çətin dönəmində iki fərqli cəbhədə mübarizə aparıb, hər iki missiyanın öhdəsindən uğurla gəlib.

 

8 Noyabr zəfərindən 4 il keçməsinə baxmayaraq, DTX bu gün də anti-Azərbaycan qüvvələrinə qarşı mübarizəni davam etdirməkdə, ölkəmizin təhlkəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqdadır. Bu mənada, qətiyyətlə deyə bilərik ki, DTX üçün müharibə heç vaxt bitmir. Onlar hər zaman, hər bir situasiyada düşmən qüvvələrə, mxtəlif təhdid və təhlükələrə qarşı sonsuz  mübarizənin içərisindədir.

8 Noyabr Zəfər Günüdür və çox maraqlıdır ki, DTX rəisi general Əli Nağıyevin ad günü də bu tarixi günlə üst-üstə düşür. Hansı ki, DTX-nın 44 günlk Vətən müharibəsində məhz general Əli Nağıyevin rəhbərliyi altında iştirak etdiyi, bu şanlı mübarizənin lideri, zəfərin baş memarı  Müzəffər Ali Baş Komandanın tapşırıqlarını müvəffəqiyyətlə icra etdiyi məlumdur. Bu isə o deməkdir ki, yalnız bu gün deyil, illər, əsrlər sonra da şanlı qələbəmizə töhfə verən hər bir şəxs kimi Əli Nağıyev və bütün DTX əməkdşalarının da xidməti hörmətlə yad ediləcək, onların hər biri Ali Baş Komandanın cəsur əsgərləri kimi sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər