“Qarabağ”ın rekordu qeydə alınıb – İFFHS açıqlayıb
İdman
1673
20 Aug 2024 | 11:43

“Qarabağ”ın rekordu qeydə alınıb – İFFHS açıqlayıb

“Qarabağ”ın imza atdığı Avropa rekordu rəsmiləşib.
 
İFFHS avrokubokların əlavə vaxtında ən çox qol vuran komandaların yeni siyahısını dərc edib.
 
“Qarabağ” rekordla bərabərləşib” adlanan məlumatda Azərbaycan çempionunun tarixə 5-ci komanda kimi düşdüyü əks olunub. Söhbət bir matçın əlavə vaxtında 4 qol vuran klublardan gedir.
 
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin “Lüdoqorets”lə səfər görüşündə coşub. Bakıda 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Bolqarıstanda 3:2 hesablı qələbə qazanıb. Əlavə vaxtda Ağdam klubu daha 4 qol vurub.
 
“Qarabağ”a qədər buna 4 komanda nail olub.
 
1973/74, UEFA kuboku, 1/16 final
“Preşov” - “Ştutqart” – 3:1, əlavə vaxt 0:4
1977/78, UEFA kuboku, 1/16 final
“Lans” – “Latsio” – 2:0, əlavə vaxt 4:0
2016/17, Avropa Liqası, I təsnifat mərhələsi
“Banants” - “Omoniya” – 1:0, əlavə vaxt 0:4
2018/19, Avropa Liqası, III təsnifat mərhələsi
“Zenit” – “Dinamo” Mn – 4:0, əlavə vaxt 4:1
2024/25, Çempionlar Liqası, IIII təsnifat mərhələsi
“Lüdoqorets” - “Qarabağ” – 2:3, əlavə vaxt 0:4
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər