Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
Cəmiyyət
6468
18 May 2024 | 19:07

Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO

Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunub.
 
bu barədə Fonddan məlumat verilib.
 
Bildirilib ki, ilkin görkəmini 70%-ə qədər itirən məscidin binası konservasiya edilib.
 
Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
 
Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
 
Məscidin görüntülərini təqdim edirik:
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər