Ekskluziv
2205
08 Jan 2024 | 10:06

"Omeqa-3" doymuş yağların möcüzəvi gücü...

"Sadəcə, yoqurta bir qaşıq kətan toxumları əlavə edin və xəstəlikləri unudun..."
 
"Omeqa-3" ilə sellülozanın qarışığı orqanizmdə möcüzə törədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri yazıb.
 
Alimlərin iddiasına görə, tərkibində bu elementlər olan cəmi iki məhsulu birləşdirməklə siz xəstəlikləri unudacaqsınız.
 
Yoqurt (qatıq) əvəzolunmaz ərzaq məhsulları sırasındadır. Biz hamımız bilirik ki, probiotik, zülal və kalsium mənbəyi olaraq, o, bir çox cəhətdən orqanizmi bərpa edir. Bununla yanaşı, bəzi əlavələr bu faydanı artıra bilər.
 
Əgər siz yoqurta təkcə öz dadı ilə deyil, həm də faydalı xüsusiyyətləri ilə tanınan kətan toxumlarını əlavə etsəniz, o zaman öz orqanizminiz üçün faydalı regenerativ nəticə əldə edəcəksiniz.
 
Kətan toxumlarının xüsusilə yoqurtla uzlaşdırılmaqla siz həzm sisteminizə bərpaedici təsirlə yanaşı, bəzi faydalı maddələr əldə edəcəksiniz.
 
Qida maddələri daha asan mənimsənilir
 
Balanslı qidalanmanın tərkib hissələrinin biri kımi yoqurt gündəlik qida rasionunun əvəzedilməz məhsulları sırasındadır. 
 
240 qram yoqurtda 200 kilokalori, 8 qram zülal, 7, 5 qram yağlar, 11 qram karbohidrat və müxtəlif vitamin və minerallar var.
 
Bu məhsulu daha da faydalı etmək və doymuş yağlarla zənginləşdirmək üçün yoqurta bir xörək qaşığı təzə üyüdülmüş kəran toxumunu əlavə edin.
 
Üyüdülmüş toxumlardan istifadə edin, çünki belə olan halda qida maddələri daha asan mənimsənilir. 
 
Qida keyfiyyətini saxlamaq üçün hər dəfə istifadə etməzdən öncə toxumları üyüdün və onları sıx bağlı halda soyuducuda saxlayın.
 
"Omeqa-3" ürəyi qoruyur
 
Polidoymuş yağlar orqanizmin sağlamlığının, ilk növbədə gözlər, baş beyin, ürək, qan damarları, immun sisteminin sağlamlığının qorunub saxlanılmasında son dərəcə mühüm rol oynayır.
 
Nəzərə alaraq ki, bizim gündəlik qida rasionumuzda "Omeqa-3" yağları mənbəyi azdır, bu əlavə sizin sağlam qidalanmanızda ilk addımınız ola bilər.
 
Merilend Universitetinin Tibb Mərkəzinin məlumatına görə, kətan toxumları alfa-linoleum turşusunun ən zəngin mənbələrindən biridir, ürək xəstəliklərinin qarşısını alır, arterial təzyiqi və xolesterini aşağı salır, baş beynin və immun sisteminin funksiyasına dəstək verir.
 
Selülozanın faydalı mənbəyidir
 
Yoqurtun özündə selüloza olmadığına görə kətan toxumlarının əlavə edilməsi bu qarışığı qida lifləri mənbəyinə çevirir. Ərzaq məhsulları Bazasının (USDA) məlumatına görə, bir xörək qaşığı kətan toxumlarında 1, 9 qram selüloza var. 
 
Meyo Klinikası iddia edir ki, kifayət qədər selülozadan istifadə edilməsi qanda şəkərin miqdarına nəzatət etməyə, xolesterinin miqdarını aşağı salmağa və sağlam həzmə dəstək verməyə kömək edir. 
 
Bundan başqa, selüloza mayeni özünə çəkir və sizdə doyma hissi yaradır. Yeməkdən dərhal sonra siz bir fincan belə yoqurtdan zövq ala bilərsiniz.
 
Həzmi yaxşılaşdırır, immuniteti möhkəmləndirir
 
Bağırsaqla immun sistem arasında qarşılıqlı əlaqənin olması yeni məlumatlarla təsdiqini tapır. İmmun sisteminin işində mühüm rol oynayan bağırsaq mikroflorasını qoruyub saxlamaq son dərəcə vacibdir.
 
"ISME Journal" jurnalında dərc edilən tədqiqat göstərib ki, "Enterobacter" növündən olan şərti-patogen bakteriyalar kişilərdə ağır formalı piylənmənin inkişafına gətirib çıxarır. Ona görə də bağırsaqda zərərli bakteriyaların miqdarının artması böyük risklər yaradır.
 
Tərkibində yoqurt kimi tamtaxıl məhsulları və probiotiklər olan çoxlu miqdarsa selulozalı pəhriz enterobakteriyaları kənar etməyə kömək edib, habelə çəkinin xeyli azaldılmasına gətirib çıxarıb. 
 
Hormonal balansı bərpa edir
 
Kətan toxumları orqanizmdə hormonların miqdarını balanslaşdıran liqnanlar-fitoestrogenlərin çox zəngin mənbəyidir. 
 
Laynus Polonq İnstitutunun məlumatına görə, liqnanlar estrogenlərin həddən artıq yüksək və ya həddən artıq aşağı miqdarının nəticələrinin qarşısını almağa kömək edir və osteoporoz və menopauzanın yan təsirlərinin müalicəsində faydalı ola bilər.
 
İnsanlar fitoestrogenləri müxtəlif cür qəbul edir və müxtəlif nəticələr hiss edir. Əgər siz xərçəngin hormonal-həssas növündən, məsələn, süd vəzi, uşaqlıq və ya prostat vəzi xərçəngindən müalicə alırsınızsa, həkiminiz kətan toxumlarından istifadəni məhdudlaşdırmağı tövsiyə edə bilər, çünki onlar dərman və hormonların nəticəsinə potensial olaraq təsir göstərə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər