Ekskluziv
2177
23 Oct 2023 | 14:40

"Bütün girovlar dərhal azad olunmalı və HƏMAS məhv edilməlidir..."

 
"Yerüstü əməliyyatın başlıca vəzifəsi Qəzza bölgəsinə nəzarətin yaradılması və HƏMAS liderlərinin məhv edilməsidir..."
 
"ABŞ yerüstü əməliyyatın təxirə salınması üçün İsrailə təzyiq edir?.."
 
İsrail hansı şərtlərlə Qəzza bölgəsində yerüstü əməliyyatın keçirilməsindən imtina edə bilər?
 
HƏMAS terrorçularının qeyd-şərtsiz təslim olması və bütün girovların azad edilməsi şərtləri yerinə yetirilərsə, İsrail Qəzza bölgəsində yerüstü əməliyyatı keçirməkdən imtina etməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədı İsrail Müdafiə Ordusu mətbuat xidmətində xarici KİV-lərlə əlaqələrə cavabdeh olan Conatan Konrikus Avstraliyanın "Abc.net.au" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "mk.ru" nəşri yayıb.
 
Konrikus İsrail Müdafiə Ordusunun yerüstü əməliyyata hələ də başlamadığının səbəbləri barədə sualdan yayınıb, yalnız onu qeyd edib ki, Müdafiə Ordusu "terrorçuların hərəkətlərinə nəzarət edir".
 
Bundan öncə İsrailin yürüstü əməliyyata başlamadığının səbəbi kimi bunun təxirə salınmasının siyasi deyil, təbii xarakter daşıdığı deyilib. Bu barədə Amerikanın "The New York Times" nəşri İsrail Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat verib.
 
"İlkin hərbi müdaxilə bazar günlərinə planlaşdırılıb, lakin hər halda bir neçə günə o cümlədən havanın sıx buludlu olması, İsrail pilotları və operatorlarının yürüstü qüvvələrə havadan dəstək verməsinin mürəkkəb olacağı səbəbindən təxirə salınıb", - materialda deyilir.
 
Gözlənilir ki, hazırlanan əməliyyat 2006-cı ildə Livana hərbi müdaxilədən sonra ən böyük əməliyyat olacaq və on minlərlə hərbi qulluqçu iştirak edəcək. Yerüstü əməliyyatın başlıca vəzifəsi bölgə üzərində nəzarətin yaradılması və HƏMAS liderlərinin məhv edilməsidir.
 
Bu arada isə CNN telekanalı məlumat verib ki, ABŞ Qəzzada yerüstü əməliyyatın təxirə salınması üçün İsrailə təzyiq edir.
 
Məlumatda deyilir ki, amerikalı məmurlar iki dəlilə əsaslanır: imkan daxilində daha çox girovu azad etmək və Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etmək.
 
Lakin jurnalistlərin İsrail rəhbərliyindəki mənbələri bu məlumatı təkzib edir.
 
"Biz ABŞ administrasiyası ilə sıx dialoq və məsləhətləşmələr aparırıq. ABŞ yerüstü əməliyyatla bağlı İsrailə təzyiq etmir", - adını açıqlamayan insayder deyib.
 
CNN qeyd edir ki, cümə günü iki amerikalının Fələstin əsirliyindən azad edilməsi onu göstərir ki, digər girovların azad edilməsinə də nail olmaq şansı var.
 
Jurnalistlər xatırladıb ki, şənbə günü Baydendən İsrailə yerüstü əməliyyatını təxirə salmağa çağırış etməsi ilə bağlı birbaşa suala ötəri cavab verib: "Biz israillərlə danışırıq".
 
ABŞ Dövlət katibi Entoni Blinken NBC kanalının bazar günü "Mətbuatla görüş" proqramında daha çox girovun azad ediləcəyinə ümid etdiyini ifadə edib.
 
"Onların hər biri dərhal, heç bir şərt olmadan azad edilməlidir. Biz HƏMAS-ın nədən əvvəlcə Natali və Cuditi azad etməyə qərar verdiyini bilmirik. Mən bilərəkdən "əvvəlcə" sözünü işlədirəm, çünki biz digər girovların da azad ediləcəyinə ümid edirik", - Blinken deyib.
 
Dünən HƏMAS-ın hərbi qanadı olan "İzz əd-Din əl-Qasım" briqadasının yaraqlıları daha iki qadın girovu azad etmək niyyətində olduğunu bəyan edib. Terrorçular Nurit və Yohevidin adlarını çəkib. Bəyanatda deyilir ki, azad etmək üçün "əvvəlki əsirlərin azad edilməsində istifadə edilən prosedurlardan istifadə ediləcək".
 
"İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxanasının nümayəndələri HƏMAS-ın bəyanatını şərh etməkdən imtina edib, onu "yalan təbliğat" adlandırıb. Onlar əlavə edib ki, İsrail hökuməti "bütün əsirlər və itkin düşənlərin evlərinə dönməsi üçün bütün zəruri tədbirləri görməkdə davam edəcək", - CNN yazıb.
 
Jurnalistlər iddia edir ki, amerikalılar Cudit və Natalinin azad edilməsi üçün həmasçılar, guya, "konkret heç nə əldə etməyib".
 
Netanyahu Dəftərxanasının nümayəndələrinin fikrincə, böyük ehtimalla, amerikalı qadınları azad edərkən HƏMAS "İsrailin hərbi fəallığını azaldacağına ümid edib".
 
"Biz onların azad edilməsi səbəbindən hərbi əməliyyatları dayandırmayacağıq. Bu, HƏMAS-ın məhv edilməsi missiyasını dəyişməyəcək", - adını açıqlamayan İsrail məmuru əmin edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər