Müsahibələrdə uğur qazanan 380 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib
Cəmiyyət
2564
09 Sep 2023 | 12:06

Müsahibələrdə uğur qazanan 380 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Dövlət qulluğunun B növünə aid vakant inzibati vəzifələri tutmaq üçün iyunun 22-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 49 dövlət orqanında 650 vakant vəzifəni tutmaq üçün 5190 namizəd müraciət edib. Bu günə olan məlumata görə, 380 nəfər müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi noyabrın 12-də başa çatacaq.

Xatırladaq ki, müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə ödənişsiz iştirak edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər