18:40
21°C
Bakı
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Ağstafa rayon sakini Xəyal Musayevin idarə etdiyi "Volkswagen" markalı avtomobillə "VAZ-2106" toqquşub. Qəza nəticəsində "VAZ-2106"-nın sürücüsü 29 yaşlı Zeynalabdin Həsənov xəsarət alıb. Yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.