Azərbaycanın yeni ödənişli yolundan istifadə üçün şərtlər - VİDEO
Gündəm
2687
09 Sep 2023 | 10:05

Azərbaycanın yeni ödənişli yolundan istifadə üçün şərtlər - VİDEO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət həddi eyni, gediş isə ödənişli olacaq. 

Tariflər avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, adıçəkilən yol əvvəlkindən daha qısa və rahat olacaq.

Yoldan istifadəyə görə ödəniş isə Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq.

Qeyd edək ki, xüsusi radar-tərəzilər vasitəsilə əvvəlcədən yük avtomobillərinin parametrləri - çəkisi, normadan artıq yüklənib-yüklənmədiyi müəyyən ediləcək və sistemə ötürüləcək.

Nəticələrdən asılı olaraq həmin nəqliyyat vasitələrinin ödənişli yola buraxılıb-buraxılmayacağı müəyyən ediləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər