İkinci Samvelin “prezident”liyə namizədliyi alınmadı...- O, “seçki” günü mitinq çağırdı...
Ekskluziv
3565
08 Sep 2023 | 16:00

İkinci Samvelin “prezident”liyə namizədliyi alınmadı...- O, “seçki” günü mitinq çağırdı...

Azərbaycan Respublikası ərazisində Kreml tərəfindən  32 il öncə qondarılmış separatçı-terrorçu rejimin sabiq “müdafiə naziri” Samvel Babayanın qondarma “prezident”liyə namizədliyini irəli sürməsi üçün təqdim olunmuş sənədlər  onun son 10 ildə  keçmiş Dağlıq Qarabağda “vətəndaşlıq” və “daimi yaşaması haqqında” arayışı olmadığına görə geri qaytarılıb, 
 
Moderator.az  xəbər verir ki, bu haqda “Kavkazskiy uzel” nəşrinə  Xankəndindəki qanunsuz “parlament”in qondarma “vitse-spikeri” Qaqik Baqunts danışıb. 
 
Baquntsun sözlərinə görə, “parlament”dəki “Azad Vətən”, “Ədalət”, “Daşnaksütyun”, “Artsax demokratik partiyası” fraksiyaları “preziden”tliyə hazırkı “dövlət naziri” Samvel Şahramanyanın namizədliyini kimi irəli sürüb. “Vahid Vətən” fraksiyası isə Samvel Babayanın namizədliyini irəli sürüb. Lakin deyilən səbəbdən S.Babayanın namizədliyi qəbul olunmayıb. Odur ki, qondarma kriminal xuntanın “prezident”liyinə yeganə namizəd Samvel Şahramanyandır.
Daha əvvəl yayılmış məlumata görə, qanunsuz səsvermə sabah - sentyabrın 9-da “ “parlament”də olacaq. Namizədliyi keçməyən Samvel Babayanın tərəfdarları həmin gün saat 16:00-da “həmvətənlərini ona dəstək üçün aksiya keçirməyə çağırıblar”.
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər