18:40
21°C
Bakı
Honq-Konq tarixinin ən güclü yağışına məruz qalıb
"Mən əvvəllər heç vaxt belə səhnələr görməmişdim. Hətta əvvəlki tayfunlar zamanı belə şiddətli olmamışdı. Bu, olduqca dəhşətlidir" - 65 yaşlı Honq Konq tibb bacısı köməkçisi
Güclü leysan nəticəsində 1 nəfərin öldüyü, 83 nəfərin isə yaralandığı bildirilir.
Honq Konq səlahiyyətliləri cümə günü məktəblərin bağlanmasını və işçilərə evdə qalmalarını söyləyib.
Şençjenə 12 saat ərzində 465,5 mm (1,5 fut) yağış yağıb, bu da 1952-ci ildən bəri ən yüksək göstəricidir.