Ekskluziv
5069
02 Sep 2023 | 17:05

"Zod ərazisindəki bütün yüksəkliklər Azərbaycanın nəzarətindədir..."-T.Abramyan

"Sentyabrın 2-i xalqımızın mübarizə rəmzlərindən biri olub.Təəssüf ki, biz bu simvolik günü  Artsax üçün çətin və amansız vaxtlarda qarşılayırıq."
 
 Moderator.az xəbər verir ki, "Aysor" nəşrinin yaydığı məlumata görə, bunu bu gün jurnalistlərə müsahibəsində parlamentin terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu “Şərəf duyuram” siyasi blokunun parlament fraksiyasının katibi Tiqran Abramyan çərənləyib.
 
O, həmçinin təəssüflə qeyd edib ki, ermənilərin "Sotk" adlandırdıqları Zod ərazisindəki bütün yüksəkliklər Azərbaycanın nəzarətindədir.
"Potensial risklər cəbhə xəttinin demək olar ki, bütün sektorlarında qalır, çünki Ermənistan və Artsax ətrafında təhlükəsizlik vəziyyəti tutqun tonlarla təsvir oluna və vəziyyət yeni inkişaf mərhələsinə keçə bilər. Azərbaycan açıq mətnlə bəyan edib ki, öz məqsədlərinə hərbi yolla da çatmağa hazırdır”, - deyə erməni deputat əlavə edib. 
u200bS.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər